Azərişıq Borcumu necə öyrənə və ödəyə bilərəm?
İlk öncə abonentə borcu barəsində məlumat verilir. İstehlakçı
elektrik enerjisinə görə yaranmış borcunu aşağıdakı üsullardan hər hansı
biri ilə öyrənə və ödəyə bilər.
• “Azərişıq” ASC-nin rəsmi veb səhifəsindən abonent kodunu və ya ev telefon nömrəsini daxil etməklə
• Mobil telefon
vasitəsi ilə “Play Market” və “App Store” dan “Azərişıq” ASC-nin mobil
aplikasiyasını yükləyərək abonent kodunu və ya ev telefon nömrəsini
daxil etməklə;
• “199” Çağrı Mərkəzinə zəng etməklə;
• digər internet portallardan.
Sayğac normadan artıq çox sərfiyyat yazır. Bu halda nə etməli?
Abonent qeydiyyatda olduğu ünvan üzrə RETSİ-yə yaxınlaşmalı və yazılı ərizə formasında müraciətini ( şikayətini ) bildirməlidir.
Mənə akt yazıblar, araşdırmaq üçün kimə müraciət etməliyəm?
Tərtib olunmuş aktın sizə təqdim olunmuş nüsxəsini, yaşadığınız ərazinin
RETSİ-də yerləşən Komissiyasına təqdim edib, araşdırılmasını xahiş edə
bilərsiniz. Əgər araşdırmanın nəticəsi sizi qane etməzsə, Enerji Satış
Departamentinin Müştəri Xidmətləri İdarəsinin Komissiyasına müraciət edə
bilərsiniz.
Yorumlar